Uşaqlar “Birlik”dədir

  • 08.06.2019
  • 0

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar “Birlik” Xeyriyyə Təşkilatı tərəfindən valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan müxtəlif uşaq evlərinin sakinləri olan uşaqlar üçün musiqili-əyləncəli tədbir keçirilib.


REAL xəbər verir ki, məqsəd valideyn himayəsindən məhrum olmuş kimsəsiz uşaqlara onların valideynsizliyini hiss etdirməmək və bir gün də olsa onları xoşbəxt etməkdir.


Tədbirdə uşaqların əyləncəsini daha da maraqlı etmək üçün cizgi film qəhərmanları iştirak etdilər. Müxtəlif əyləncəli proqramlar və yarışmalar keçirildi, balaca dostlarımız şən musiqi sədaları altında rəqs edib əyləndilər. 


Qeyd edək ki, “Birlik” Xeyriyyə Təşkilatı tərəfindən belə tədbirlər artıq bir neçə ildir keçirilir və belə tədbirlərin gələcəkdə də keçirilməsi planlaşdırılır. 

Nə düşünürsən?