Çempion Məğlubedilməzə qarşı

  • 08.06.2019
  • 0

Nyu Yorkda yerləşən Mədison Squeə Qadn Arenası növbəti möhtəşəm boks duelinə ev sahibliyi edəcək.

Peşəkar karyerası ərzində keçirdiyi 40 döyüşün yalnız 1-də məğlub olmuş Qazaxıstan boksçusu Gennadiy Qolovkin, Ontario boks məktəbinin yetirməsi olan Stiv Rollsla qarşılaşacaq.

Mütəxəssislər Qolovkinin şanslarını daha yüksək qiymətləndirir. Proqnozlara görə asiyalı idmançı 4-cü raunda qədər rəqibin işini bitirəcək.

35 yaşlı Stiv Rolls da asan yem deyil. İndiyə kimi 19 dəfə rinqə çıxmış boksçu bütün görüşlərini qalibiyyətlə başa vurub.

Amma bu rəqiblərin heç biri Qolovkin səviyyəsində olmayıb. Üstəlik amerikalı idmançı buna qədər 12 raundluq döyüş keçirməyib.

Əgər döyüş son raundlara qədər uzansa, fiziki cəhətdən daha hazırlıqlı tərəf üstünlük əldə edəcək. Qolovkin 2003-cü ildən indiyə kimi dünya çempionatının, Asiya çempionatının və oyunlarının qızıl medallarını qazanıb.

Stiv Rolls isə məğlubiyyətsiz karyerasına rəğmən böyük titullara acdır

Nə düşünürsən?