Hollandiya İngiltərəyə qarşı

  • 06.06.2019
  • 0

Bu gün UEFA Millətlər Liqasında daha bir yarımfinal görüşü keçiriləcək.
Finala növbəti vəsiqə uğrunda görüşdə Hollandiya və İngiltərə yığmaları üz-üzə gələcək. Bu komandalar 23 ildən sonra yenidən qarşılaşacaqlar. İki komanda arasında 1996-cı il Avropa çempionatına təsadüf etmiş ilk oyun İngiltərə seçməsinin böyük hesablı qələbəsi ilə yekunlaşıb. 4:1. İngiltərə son 7 oyununda uduzmayıb.
Qaret Sautgeytin baş məşqçi olduğu kollektiv bu görüşlərdən 5-də qələbə qazanıb.
Hollandiya A Liqasında Fransa və Almaniya yığmaları ilə birgə yer aldığı 1-ci qrupun qalibi olub. İngiltərə isə 4-cü qrupda İspaniya və Xorvatiyanı geridə qoyub.
Qeyd edək ki, bugünkü qarşılaşmanın qalibi finalda Portuqaliya ilə görüşəcək. Məğlub komanda isə 3-cü yer uğrunda matçda İsveçrəyə rəqib olacaq.
Hollandiya-İngiltərə qarşılaşmasını fransalı hakim Kleman Turpen idarə edəcək.

Nə düşünürsən?