Şəhriyar sabiq çempiona qarşı

  • 05.06.2019
  • 0

Şahmatçımız Şəhriyar Məmmədyarov Satavanger turnirində ikinci oyununu keçirəcək.

Təmsilçimiz Hindistanlı beynəlxalq qrossmeyster, eks dünya çempionu Vişvanatan anandla qarşılaşacaq.

Yarışın favorite Maqnus karlsen erməni Levon Aronyanla üz-üzə gələcək.

İlk turu qələbə ilə başa vurmuş çinli dinq liren həmyerlisi Yu Yanqyi ilə münasibətlərinə aydınlıq gətirəcək.

Debütdə Şəhriyara uduzmuş amerikalı Fabiano karuana bu dəfə fransalı Maksim Vaşye laqravla oynayacaq.

Rusiya bayrağı altında çıxış edən Aleksandr Qrişuk, Uesli So ilə görüşəcək.

Qeyd edək ki, Altiboks Norvey Çes turnirində partiyalar heç-heçə yekunlaşarsa tərəflər tay brekdə qalibi müəyyən edirlər.

Nə düşünürsən?