Nəqliyyat Agentliyi gücləndirilmiş rejimdə

  • 29.05.2019
  • 0

Bu gün paytaxtda UEFA Avropa Liqasının final oyunu baş tutacaq. Bununla bağlı bir neçə qurum gücləndirilmiş iş rejiminə keçib.

Bakı Nəqliyyat Agentliyi may ayının 20-dən etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

BNA-nın mətbuat katibi Mais Ağayev REAL-ın birbaşa efirində bu barədə ətraflı məlumat verib.

O, bildirib ki, ayın 30-u da daxil olmaqla gücləndirilmiş rejim davam edəcək: "Final oyunu üçün nəzərdə tutulan tədbirlərin icrasına bu gün səhər saatlarından etibarən başlanılıb. Bununla bağlı Nəqliyyatın İdarəetmə Mərkəzində xüsusi qərargah yaradılıb. Burada koordinasiya şurasına daxil olan bütün qurumların nümayəndələri var. Axşam saatlarında biletli tamaşaçıların daşınması ekspress avtobusları tərəfindən həyata keçiriləcək. Eyni zamanada oyun bitəndən sonra biletli sərnişinlərin daşınması da ekspress avtobusları ilə ödənişsiz həyata keçiriləcək".

Nə düşünürsən?