Müasir əlifbamızın müəllifi

  • 24.05.2019
  • 0

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli dilçi-alim, professor, türkoloq, onomastika elmi məktəbinin banisi, ictimai-siyasi xadim, latın qrafikalı Azərbaycan əlifbasının müəllifi, Əməkdar elm xadimi Afad Qurbanovun 90 illik yubileyinə həsr edilən respublika elmi konfransı keçirilib.

REAL xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə bildirib ki, Afad Qurbanovun Azərbaycan dilçilik elminin inkişafında mühüm xidmətləri olub.

Təhsil nazirinin müavini İdris İsayev görkmli alimin elmlə yanaşı təhsil sahəsində də mühüm nailiyyətlərinin olduğunu deyib.

Konfransda dilçi alimin yubileyi munasibətilə “Azərmarka” tərəfindən hazırlanmış poçt markası nümayiş etdirilib.

Nə düşünürsən?