İngilis şərhçi Mxitaryanın Bakıya gətirilməməsinin əsl səbəbini açıqladı

  • 24.05.2019
  • 0

Böyük Britaniyanın ESPN (Entertainment and Sports Programming Network) kanalı “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryanın UEFA Avropa Liqasının Bakıda keçiriləcək finalına gəlməməsi və bu məsələ ətrafınfa yayılan iddialarla bağlı veriliş hazırlayıb.

Publika.az xəbər verir ki, verilişdə idman şərhçisi Stiv Nikol Mxitaryanın “Arsenal” üçün o qədər də önəmli futbolçu olmadığını, güclü performans göstərmədiyini nəzərə çatdırıb.

Şərhçi bildirib ki, bu səbəblərə görə erməni futbolçunun Bakıda meydana çıxmaması komanda üçün böyük itki hesab edilə bilməz.

Stiv Bikol həmçinin, oyunu boykot etmək çağırışlarının düzgün olmadığını vurğulayıb. “Oyun keçirilməlidir, oynanılmalıdır”, - şərhçi bildirib.

Nə düşünürsən?