Əcnəbilər 20 mindən çox bilet alıb

  • 23.05.2019
  • 0

Avropa Liqasının final oyununda üz-üzə gələcək “Arsenal” və “Çelsi” klublarının, onlara ayrılmış bilətlərdən imtina etmələri ilə bağlı təhrif olunmuş məlumatlar yayılıb.

İngiltərənin “The” times” nəşrinin yazdığına görə klublar bilet satmaqda çətinlik çəkir.

Halbuki, “Arsenal” və “Çelsi” klubları onlara ayırlmış biletləri mərhələli şəkildə satışa çıxarmışdı.

Bilet satışı mexanizminə görə ilkin mərhələdə sadiq azarkeş kartına malik ingilislər bilet almaq hüququna malik idi.

Bu isə o deməkdir ki, ingiltərədə final biletlərinə tələbat böyükdür. 

BOS-da keçiriləcək UEFA Avropa Liqasının final matçı üçün onlayn satışa çıxarılmış biletlərin 20 mindən çoxu xarici ölkələrin vətəndaşları tərəfindən alınıb.

Bundan əlavə “Arsenal” və “Çelsi” klublarına 12 min bilet ayrılıb. Finalçıların bu sayı artırmaq hüququ da vardı.

Həmin klublar biletləri mərhələli şəkildə satışa çıxarıblar.

BOS-un tutumu 68700 nəfərdir. Ümumilikdə isə 62 min bilet satışa çıxarılıb.

Qalan biletlər media tribunasında artırılmış oturacaqların və ayrı-ayrı sektorlarda quraşdırılmış studiyaların payına düşür.

Finala 6 gün qaldığını nəzərə alsaq demək olar ki, bu biletlər qısa zamanda tükənəcək.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləək UEFA Avropa Liqasının final oyununa bilet satışı davam edir.

Yerli azarkeşlər biletləri Port Baku Mall, 28 May Mall, Gənclik Mall və Heydər Əliyev Sarayının kassalarında əldə edə bilərlər.

Nə düşünürsən?