Sabah üçün imsak və iftar duaları

  • 22.05.2019
  • 0

Orucun ən vacib şərtlərindən biri niyyət etməkdir.

Niyyət isə belədir. 

“Niyyət etdim Allah rizası üçün bugünkü Ramazan orucunu tutmağa”

Həmçinin hər gün imsak vaxtı oxunan dualar var. 

Ramazanın 19-cu gününün duası belədir.

“İlahi, bu ayın bərəkətindən nəsibimi bol et. Mənim yolumu xeyir-bərəkətlərinə doğru asanlaşdır və məni Öz yaxşılıqlarını qəbul etməkdən məhrum etmə, ey açıq-aşkar haqqa hidayət edən Allah!”

İftar vaxtı isə həmişəki kimi bu dua oxunur. 

"İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla.”

Nə düşünürsən?