Azərbaycanlı aktyordan kəskin irad: “Öz həyatını oynaya bilmir”

  • 22.05.2019
  • 0

Məşhur aktyor və şair Əlibəy Məmmədli baş rolda çəkildiyi “Kino Kino” layihəsində kino xadimlərinə sərt mesaj yolayıb.


Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Əlibəy Məmmədli, Türkay Cəfərli və Cövdət Şükürovun baş rollarda çəkildiyi “Kino Kino” filminin təqdimat mərasimi baş tutub.


Publika.az xəbər verir ki, rejissoruluğunu Nicat Ələsgərovun etdiyi, ssenarisini isə Züleyxa Nael və Gəray Həsənovun yazdığı komediya filmində müasir Azərbaycan filmlərində olan qüsurlar komediya yolu ilə tənqid edilib. Əlibəy Məmmədlinin kino xadimlərinə, xüsusilə rejissorlara ünvanladığı sərt mesajların olduğu səhnə sosial şəbəkədə yayılıb.


O, filmdə massovka (massovka - kütləvi səhnələrin iştirakçılarına deyilir) aktyorunun baş rola seçilməsinə kəskin münasibət bildirib. Əlibəy Məmmədlinin real həyatda da mövcud olan problemlərə aktyor həssaslığı ilə irad bildirməsi diqqət çəkib. Onun real hadisələr əsasında lentə alınan filmdə rejissora dediyi, əslində isə bir çox kino nümayəndələrinə ünvanlandığı fikirləri təqdim edirik:


“Məni ələ salmısan, massovkadır. O, öz həyatını güc-bəla ilə oynayır. Gör kinonu nə günə qoyublar”.

Nə düşünürsən?