Güclü külək Gəncədə bir sıra fəsadlar törədib

  • 20.05.2019
  • 0

Azərbaycanın Qərb bölgəsində əsən güclü külək bir sıra fəsadlar törədib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bəzi yerlərdə işıq dirəkləri aşıb, elektrik xətləri sıradan çıxıb, bir binanın dam örtüyü dağılıb, bir neçə ağac aşıb.

Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən işlərə başlanılıb.

Axşam saatlarından başlayaraq Qərb bölgəsində güclü külək əsib, ildırım çaxıb. Gəncə, Şəmkir və Daşkəsəndə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Nə düşünürsən?