Madonnanın “Eurovision”da Fələstin mesajı qalmaqala səbəb oldu

  • 19.05.2019
  • 0

Pop-kraliça Madonnanın “Eurovision-2019” yarışmasının finalında “Fələstin” mesajı qalmaqala səbəb olub. 


Oxu24.com xəbər verir ki, sənətçi bir çox ölkələrdən ona qarşı gələn etirazlara baxmayaraq, səhnə aldığı Tel-Əviv Ekspo Mərkəzinin səhnəsinə çıxaraq 8 dəqiqəlik perfomans nümayiş etdirib. 

Madonna repertuarında yer alan iki mahnı səsləndirib. Pop ulduzun ifa etdiyi “Future” mahnısı zamanı səhnəyə çıxan iki rəqqas diqqət çəkib. Rəqqaslardan birinin üzərində Fələstin, digərinin üzərində İsrail bayrağı olması gecədə təzadlı fikirlərə yol açıb. 

Nə düşünürsən?