İbrahimoviçdən VAR üsyanı

  • 14.05.2019
  • 0

"Los-Anceles Qalaksi"nin hücumçusu Zlatan İbrahimoviç maraqlı açıqlama ilə yadda qalıb. ESPN-ə danışan isveçli ulduz futbolçu "Nyu-York Siti" ilə qarşılaşmada yaşananlara münasibət bildirib.

37 yaşlı forvard MLS çempionatı oyunu zamanı rəqib qapıçı Şoun Consonla problem yaşasa da, baş hakimin VAR-a baxmamasından gileylənib. O, ümumiyyətlə, bu sistemə qarşı çıxış edib: "Bir epizodda hakim mənim kobudluq etdiyimi bildirdi. Halbuki mən topa toxunmuşdum, rəqib müdafiəçi isə ayağıma vurmuşdu. Qapıçı ilə yaranmış problem zamanı isə ona toxunmadım. Daha sonra hakimə VAR-a baxmağı təklif etdim, çünki bu sistem belə epizodlar üçün lazımdır. Ancaq hakim bunu etmədi. Yalnız onu bilirəm ki, topa vurdum, qapıçıya toxunmadım. Əgər belədirsə, hesab edirəm ki, VAR-dan imtina etməli və ona ehtiyac duymamalıyıq".

Qeyd edək ki, "Los-Anceles Qalaksi" - "Nyu-York Siti" görüşü qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Nə düşünürsən?