"Taxtlar Oyunu"nun finalının videosu yayıldı

  • 13.05.2019
  • 0

Dünyanın ən məşhur və populyar teleserialına çevrilmiş "Taxtlar Oyunu"nun (Game of Thrones) 8-ci, final mövsümünün 6-cı seriyasının tizeri yayılıb.

XəzərXəbər bildirir ki, video YouTube-dakı Game of Thrones kanalında yerləşdirilib.

Tizerdə darmadağın edilərək viran qalmış Kral Körfəzi, Yeddi Krallığın paytaxtı və kraliça Deyenerisin qoşunu göstərilir.

8-ci mövsümün final seriyasının premyerası mayın 20-də olacaq.

Nə düşünürsən?