“Böyük dəbilqə” uğrunda savaş

  • 11.05.2019
  • 0

“Böyük dəbilqə” beynəlxalq turniri davam edir.

Bu gün turnir 73 kiloqramda Rüstəm Orucov və Hidayət Heydərovun qələbələri ilə başlayıb. Hər iki cüdoçumuz yarımfinala vəsiqə qazanıb. Rüstəm Orucov və Hidayət Heydərov yarəmfinalda bir biri ilə qarşılaşacaqlar. Nəticədə bir cüdoçumuz təsəlliverici mərhələyə yollanacaq. Bir cüdoçumuz qızıl medal qazanmaq şansını itirəcək.1 cüdoçumuz isə adını finala yazdıracaq.  73 kq çəki dərəcəsi üzrə 1/4 finalda moldovalı Viktor Sterpunu məğlub edən Telman Vəliyev də yarımfinala adlayıb. O, israilli Tohar Butbula ilə qarşılaşacaq.

Mayın 12-dək davam edəcək “Böyük dəbilqə” beynəlxalq turnirində 57 ölkədən 450-yə yaxın idmançı mübarizə aparır. Turnirdə ölkəmizi 28 kişi və 15 qadın cüdoçu təmsil edir.

Nə düşünürsən?