Ağır qəzada 2 nəfər ölüb, 2 yaralı var

  • 09.05.2019
  • 0

Sabirabad rayonunun Koğlar kəndi ərazisində baş vermiş yol qəzasında dünyasını dəyişən və xəsarət alanların şəxsiyyəti məlum olub.

Qalanews.com xəbər verir ki, hadisə zamanı 2 nəfər ölüb, 2 yaralı var.

Şamaxı rayon sakini, 1983-cü il təvəllüdlü Nuhiyev Arzum Sabahəli oğlunun idarə etdiyi 56-BC-449 qeydiyyat nişanlı “VAZ 2106” markalı avtomobilin su kanalına düşməsi nəticəsində sürücünün atası 1955-ci il təvəllüdlü Nuhəliyev Sabahəli Seyidəli oğlu və qardaşı 1980-ci il təvəllüdlü Nuhəliyev Zamin Sabahəli oğlu dünyasını dəyişib.

Sürücü özü və onun anası 1958-ci il təvəllüdlü Nuhəliyeva Xədicə Lələ qızı xəsarət alaraq Sabirabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qadının vəziyyəti daha ağırdır.

Nə düşünürsən?