Köhnə kişilərin bayramı

  • 09.05.2019
  • 0

Bu günün ən təsirli fotosu zənnimcə bu fotodur. Veteran 9 may paradında tək yeriyir. Bəlkə də ona görə ağlayır, bəlkə də müharibədə itirdiklərinə. Gəncliyinə, dostlarına, viran qalan şəhərlərə. Bəlkə də gələn il bu meydanın tamamilə veteransız qalmasına...Bəli, onlar il ildən azalır. Bzidə də- İkinci Dünya müharibəsinə 640 min döyüşçü göndərən Azərbaycanda da bu gün barmaqla sayılacaq qədər veteran qalıb.Bu gün o veteranların bayramıdır. 

Bu gün müharibədə həlak olan 300 mindən çox azərbaycanlının bayramıdır. İki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun bayramıdır. O Həzi Aslanov ki, tək döyüşməyin ustası deyildi, 

Onun düşməndən azad etdiyi Belorusun Vileyka kənsində də olmuşam, döyüşçülərini o biri sahilə keçmək üçün bir tank batırdığı Berezina çayının sahilində də. Həzi Aslanovun ayağı dəyən bu yerlər – üçüncü Belorus cəbhəsi alman faşizminə qarşı ən ağır döyüşlərin getdiyi ərazilərdir. Burda müharibənin dəhşətli siması həm də xəritədən silinən Xatın kəndininin timsalında bərqərar olur. Bu qara daşlardan partizanlara yardım göstərməsi ehtimalilə diri diri yandırılan 149 xatınlının kösövə dönmüş ruhu boylanır. Hansı ki, onalrdan 75-i yaşı 15-dən aşağı olan uşaqlar idi. 

Bu gün çoxları deyir ki, bu bayramın Azərbaycana aidiyyatı yoxdur. Məncə çox yanlış düşüncədir. 9 may bəşəriyyətin xilas olduğu gündür. O gündən bizə də pay düşür. 

Nə düşünürsən?