Nərimanov rayonunda faşizm üzərində qələbənin 74-cü ildönümü qeyd edilib

  • 09.05.2019
  • 0

Nərimanov rayonunda faşizm üzərində Qələbənin 74-cü ildönümü qeyd edilib. İlk olaraq rayon ərazisində yerləşən “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksində retro avtomobillərin yürüşü keçirilib. Sonra əllərində MDB dövlətlərinin bayraqlarını tutmuş gənc şahinlərin Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önündən fəxri keçidi olub.Tədbir iştirakçıları 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, gül dəstələri düzüblər.


Tədbirdə Böyük Vətən müharibəsi veteranları, Milli Məclisin deputatları, MDB ölkələrinin ölkəmizdəki səfirlərinin və digər akkreditə olunmuş nümayəndələrinin, hərbçilər, gənclər, rayon ictimaiyyəti nümayəndələrinin və nəhayət, müharibə qurbanlarının əziz xatirəsinə yaradılmış “ölməz alay”ın iştirak edib.


Mərasimdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan xalqının faşizm üzərində tarixi Qələbəyə böyük töhfə verdiyini bildirib. Bu şanlı zəfərin əldə olunmasında çox böyük payı olan xalqımızın 640 mindən çox oğul və qızını cəbhəyə yola saldığın vurğulayan Abidin Fərzəliyev onların təxminən yarısının döyüşlərdə həlak olduğunu bildirərək, həmin dəhşətli müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox vətəndaşının Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü, 170 mindən çox əsgər və zabitimizin müxtəlif orden və medallarla təltif edildiyini bildirib.


Daha sonra MDB ölkələri səfirləri adından veteranları təbrik edən Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov Azərbaycan dövlətinin rəhbərliyinin keçmiş sovet ölkələrinin müştərək tarixi ilə bağlı mövqeyinin yüksək qiymətləndirildiyini xüsusi qeyd eTDİ. Səfir, Azərbaycanın müharibə illərində möhtəşəm Qələbənin əldə olunmasında verdiyi layiqli töhfələri böyük qəhrəmanlıq adlandırıb. Millət vəkili Adil Əliyev qələbənin əldə olunmasında Azərbaycan neftinin böyük rol oynadığını bildirib


Tədbirdə çıxış edənlər bu qələbənin Azərbaycan xalqının daima yaddaşında yaşayacağını bildiriblər.


7 gün müharibəbə ac qalan və müharibənin ən dəhşət saçan ərazisində Mazdokda döyüşən canlı əfsanə  97 yaşlı Hümbət Əliyevisə müharibənin dəhşətlərinin daha çox Mazdok ətrafındayaşandığının bildirib.


Tədbirdə iştirakçılar “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksini gəzərək veteranlarla fotolar çəkdiriblər.

Nə düşünürsən?