Argentinalılara düşərli Madrid kortu

  • 08.05.2019
  • 0

İspaniyada keçirilən ATP seriyalı tennis turnirində növbəti oyunlar baş tutub.

Yarışın iddialılarından hesab olunan İsveçrəli Sten Vavrinka Fransa təmsilçisi Pyer Erberi asanlıqla məğlun edib.

6-2 və 6-3. Argentinalı Quido Pelya Rusiyalı Danil Medvedevlə görüşdən qalib ayrılıb.

İlk seti 6-2 hesabı ilə öndə başa vurmuş Pelya, ikinci partiyada rəqibinə heç bir müqavimət göstərə bilməyib.

1-6. həlledici hissədə toparlanmış Cənubi Amerikalı 6-3 hesablı qələbə sayəsində 1/16 final mərhələsinə vəsiqəni təmin edib.

Pelyanın həmyerlisi Diyeqo Şvartsman da mübarizəni davam etdirir.

Şvartsman debütdə İtaliya tennisçisi Marko Çekinatonu üstələyib

. Madrid turnirinin favoritlərində sayılan Serbiyalı Novak Cokoviç Amerikalı Teylor Fritsə yerini göstərib. 6-4 və 6-2.

Qeyd edək ki, sözü gedən yarışda dünyanın ən reytinqli tennisçiləri mübarizə aparır.

Nə düşünürsən?