Bakıda ilk “KOB evi” ilin sonunadək açılacaq

  • 01.05.2019
  • 0

"İlk Kiçik və orta biznes Evi" Nərimanov rayonunda yerləşəcək. İlin sonuna qədər KOB Evinin açılışını edəcəyik". 


Bunu İqtisadiyyat Nazirliyinin yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov bildirib. 


Onun sözlərinə görə, biznes evində 30 dövlət qurumunun 110-dan çox xidməti təqdim ediləcək: "Onların nümayəndələri evdə fəaliyyət göstərəcəklər. Alternativ maliyyə mənbələrinə çıxış təmin ediləcək. Sertifikatlar, lisenziyaların verilməsi bir məkanda təşkil ediləcək".


Qeyd edək ki, Azərbaycanda 2025-ci ilə qədər kiçik və orta biznesin məşğulluqda payını 60%, ÜDM-də 70%, qeyri neft ixracında isə 40% çatdırılması nəzərdə tutulur.

Nə düşünürsən?