Bu yerdə hər an qəza baş verə bilər: Dəyişiklik edilsin - təklif

  • 19.04.2019
  • 0

Heydər Əliyev prospekti ilə Davud Aslan küçəsinin kəsişməsində prospektin sağ yolu ilə hərəkət edənlərin qarşısında 2.5 (STOP) nişanı var. Lakin sürücülər həmin nişanın təsir sahəsində dayandıqda əsas yoldan, yəni tuneldən gəlib Davud Aslan küçəsinə dönən avtomobilləri heç cür görə bilmirlər.

Avtosfer.az təklif edir ki, bəzi görünmə məhdudiyyətli kəsişmələrdə olduğu kimi burada da nişanın yanına güzgü qoyulsun ki, həmin güzgü vasitəsi ilə əsas yoldan gələn avtomobilləri görmək olsun. Çünki avtomobilin öz güzgüləri ilə bunu görmək mümkün deyil. Ümid edirik ki, rəsmilər tezliklə məsələyə baxıb təklifimizi dəyərləndirər.

Nə düşünürsən?