Salyanda 3 yaşlı uşaq hovuzda boğulub

  • 17.04.2019
  • 0

Salyanda azyaşlı su hovuzunda boğularaq dünyasını dəyişib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayon mərkəzindən təxminən 15 kilometr aralıda yerləşən Həsənli kəndində baş erib. Nəzarətsiz qalan 3 yaşlı Hüseyn Güləliyev su hovuzuna düşərək ölüb. Yaxınlarının dediyinə görə, Hüseyn ev işləri görən anasının gözündən yayınaraq mənzildən çıxıb. Uşaq atasının yanına gedən zaman həyətdəki 1 metr dərinliyi olan hovuza düşüb. Yaxınları onu xəstəxanaya çatdırsalar da orada dünyasını dəyişib.

Nə düşünürsən?