“Mama qurban, Riçi” – Ağlayan qadın itini tapdı

  • 17.04.2019
  • 0

Bakıda oğurlanan Riçi adlı it tapılıb.

İtin yiyəsi Farina adlı xanım “Səni axtarıram” verlişinə müraciət edib.

Lakin “Səni axtarıram”da efirə çıxmazdan əvvəl itini tapıb.

“Sənə qurban olum Riçi. Mama qurban. Nə olub sənə?! Nə yemisən?!” – Farina itə deyib.

Bakıda avtomobilindən iti oğurlanan qadın videomüraciət yayıb.

Video sosial şəbəkədə paylaşılıb.

Qadın müraciətində itinin avtomobilin arxa oturacağından oğurlandığını və onu qaytaracaqları təqdirdə 1000 manat pul verəcəyini bildirib.

O, itsiz yaşaya bilməyəcəyini deyib və ağlamağa başlayıb.

Nə düşünürsən?