Türkiyədə intihar edən Aysunun son sözləri

  • 16.04.2019
  • 0

Xəbər verdiyimiz kimi, Türkiyənin Konya şəhərində 21 yaşlı azərbaycanlı tələbə Aysun.Y ilk öncə özünü bıçaqlayıb, sonra isə qaldığı plazanın 42-ci mərtəbəsindən özünü ataraq intihar edib.


BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aysunun intihardan öncə ailəsi üçün yazdığı məktub ortaya çıxıb. 


Belə ki, o, məktubunda boynundakı boyunbağı ilə dəfn edilməsini vəsiyyət edib: 


"Ölümümə görə heç kim günahkar deyil. Bəzi yüklərlə yaşamaq çətindir. Ana, ata, bacım ölümümə üzülüb ağlamayın. Canım atam, anam, sizi çox sevirəm. Canım anam, mənim üçün ağlama. Gözlərindən bir damla da yaş süzülməsin. Səni çox sevirəm. Ana, qızına haqqını halal et. Bacım, birdənəm mənim. Bağışla məni, canım bacım. Çox üzr istəyirəm hər şey üçün. Yaşamağı bacarmadığım üçün sizlərə vida edirəm. Boynumdakı boyunbağının mənimlə bərabər dəfn edilməsi vəsiyyətimdir. Boynumdan qəti çıxarmayın. Sizləri hər zaman çox sevdim. Öncə bir-birinizə, sonra Allaha əmanət olun". 


Qeyd edək ki, intihar olayı dünən günorta saat 12 radələrində bir göydələnin ən üst mərtəbəsində baş verib. Plazanın son mərtəbəsində yerləşən restorana müştəri kimi gələn 21 yaşlı azərbaycanlı tələbə bir müddət sonra eyvana çıxaraq özünü atmağa cəhd edib. Gənc qız ona mane olmağa çalışan restoran əməkdaşlarına üzərində gəzdirdiyi bıçaqla yaxınlaşmamaları üçün xəbərdarlıq edib. Bıçaqla özünə xəsarət yetirən Aysun özünü 42-ci mərtəbədən atıb.

Nə düşünürsən?