Müasir sistemlərin təqdimatı

  • 13.04.2019
  • 0

Bakı Metropolitenində "Thales" sistemi tətbiq olunacaq

Ötən müddət ərzində Bənövşəyi xəttin istismara verildiyi dövrdə tətbiq ediləcək vahid sistemin mərhələlərlə quraşdırılmasına başlanılıb.

REAL xəbər verir ki, gələcəkdə metropolitenin bütün infrastrukturunun SCADA sistemlərinə keçilməsi təmin ediləcək.

Məlumata görə, hazırda Bənövşəyi xətdə "Thales" şirkətinin 4 sistemi quraşdırılır.

"Bunlar qatarların hərəkətinə nəzarəti təmin edən mikroprosessor sistemi, Bənövşəyi xətti əhatə edən, lakin gələcəkdə bütün metropoliteni əhatə edəcək dispetçer idarəetməsi, qatar dispetçeri ilə maşinist rabitəsini təmin edən "Tetra" radiorabitə sistemi, mühəndis-texniki qurğuları və eskalatorların idarə edilməsini təmin edən sistem və avadanlıqlardır. Artıq bu sistemin tərkib hissəsi olan mikroprosessor idarəetməsi və "Tetra" rabitə sistemi fəaliyyət göstərir", - məlumatda bildirilir.

Bakı metrosunun mövcud Yaşıl və Qırmızı xətlərində qatarların hərəkəti SAT-ALİ (sürəti avtomatik tənzimlənmə, avtomatik lokomotiv idarəetmə) sistemləri əsasında həyata keçirilir.

Bakı metropoliteni QSC-nin sədr müavini Hidayət Məmmədov bu barədə REAL-a ətraflı məlumat verib.

Nə düşünürsən?