Bakıda yanğın baş verib, iki nəfər xəsarət alıb

11.04.2019 | 23 | 0

Bakının Nəsimi rayonunda yanğın baş verib.

ONA-nın məlumatına görə, hadisə Ə.Topçubaşov küçəsi 46 ünvanında yerləşən ikimərtəbəli yaşayış binasında qeydə alınıb.

Belə ki, 65 yaşlı Qəbələ rayon sakini Sevda Manzari ehtiyatsızlıq səbəbindən mənzildə yanğının yaranmasına yol açıb və ciddi yanıq xəsarətləri alıb. Hadisə nəticəsində qonşuluqda yaşayan 17 yaşlı qız da tüstüdən zəhərlənib.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Qızın vəziyyətinin yüngül olduğu deyilir.

Hadisə barədə hüquq-mühafizə orqanlarına və FHN-ə məlumat verilib, yanğının genişlənməsinin qarşısı alınıb. Qadının mənzildə tək yaşadığı deyilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Nə düşünürsən?
Loading...