Elinanıın ölümü ilə bağlı yeni şok müəmmalar

  • 10.04.2019
  • 0

8-ci sinif şagirdi Elina Hacıyevanın intiharı böyük rezonans yaradıb

162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın özünü məktəb binasının 3-cü mərtəbəsindən atması anı. Kadrlara soyuqqanlılıqla baxmaq olmur. Qızcığazın intihar anı nə qədər gözlənilməz olsa da, müasir Azərbaycan təhsilində şağird-müəllim münasibətlərinin bəzən bu nöqtəyə gəlib çatmasi bir o qədər gözlənilən idi. Elina dünyadan köçür, amma ölümü ilə həm də cəmiyyətə böyük bir mesaj verir. Azərbaycan təhsilindəki boşluqlara bir diqqət çəkməyi istəyir. Bu barədə az sonra. Hələliksə 14 yaşlı Elinanın ölümü barədə. Sosial şəbəkələrdə yayılan videogörüntülərdən də aydın olur ki,elina 3-cü mərtəbədən düşəndən sonra özündə olub. Bəlkə də onun həyatını xilas etmək olardı. Təbii ki, onu bu qədər sorğu suala tutmasaydılar.

Bu arada həmin dəqiqələrdə şagirdin atası ilə həkimin dialoqu sosial şəbəkələrdə yer alıb. Həkim atanı narahat olmamağa çağırır və valideyni bir növ arxayın salır. Həmin vaxt Elinanın xəstəxanaya çatdırılmasına tələsməyənlər,onu sorğu-sual etməyə tələsiblər. Nəticədə Elinanın vəziyyəti pisləşib və nəticə hər kəsə məlumdur. Məlum olan həm də Elinanın həmyaşıdları tərəfindən psixoloji təzyiqlərə məruz qalmasıdır. Bunu qızcığaz pəncərədən düşəndən sonra həkimə, valideynləri isə vaxtında məktəb rəhbərliyinə çatdırıb. 

Elinanın psixi problemləri olduğunu hadisə baş verməmişdən əvvəl sinif otağındakı müşahidə kameralarının lentə aldıqları da təkzib edir. Şagird tam sakit görünür. Valideynlərinin dediyinə görə sükut da bu sakitlikdən sonra pozulub.

"İstənilən halda Elinanın intiharı ətrafında suallar çoxaldıqca çoxalır. Faktla bağlı cinayət işi açılıb, istintaq gedir. Hər şey istintaqın başa çatmasından sonra məlum olacaq. Səhiyyə nazirliyi də bu səbəbdən açıqlama verməyə tələsmir. Verilən rəsmi məlumat təkcə ondan ibarətdir ki, Elina üçün təcili yardım barədə çağırış saat 11:04-də olub. Həkimlər isə 11:12 həkim briqadası hadisə yerinə çatıb. 24 dəqiqə sonra isə Elina xəstənaya çatdırılıb. Biz isə ona qədər cəmiyyət olaraq özümüzə verəcəyimiz suallara cavab tapmalıyıq. Necə olur ki, müasir Azərbaycan hələ bir çox klassik streotiplərdən qurtula bilmir? Necə olur ki, biz başqasının faciəsini özümüzünkü tək qəbul etmir, onu bu məngədən qurtarmağa çalışmırıq. Müəllim şağird münasibətlərində nələrə diqqət etsək Elinaları intiharın pəncərəsindən elə pəncəsindən də qurtara bilərik. Suallara cavab tapmaq üçün mövzunu davam etdirəcəyik" - deyə təhsil üzrə ekspert Fərrux Cəfərov bildirib.

Nə düşünürsən?