Balakən və Tərtərdə ağır qəzalar

  • 02.04.2019
  • 0

Balakəndə avtomobilin idarəetmədən çıxması ölümə səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə dünən səhərə yaxın - saat 4 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən şəhəri ərazisindən keçən hissəsində baş verib.

37 yaşlı Balakən rayon Katex kənd sakini Rəvan Mikanyev minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşını yolayrıcında tikilmiş dairəyə çırpıb. Qəzadan sonra Rəvan Mikanyev aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tərtərdə isə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Rayon mərkəzindəki Nizami küçəsində Cabir Səfərov idarə etdiyi avtomobil ilə yolu keçən həmyerlisi Vüqar Məmmədovu vurub. Ruhi xəstə olduğu bildirilən Vüqar Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Nə düşünürsən?