Bakıda avtobus mağazaya çırpıldı: yaralılar var

  • 02.04.2019
  • 0

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. 

Bununla bağlı məlumat sosial şəbəkədə paylaşılıb. 

Bildirilib ki, bugün 07:30 radələrində “10-TG-992” dövlət nömrə nişanlı 62 saylı sərnişin avtobusu Tusi küçəsində mağazaya çırpılıb. 

Qəzanın səbəbləri məlum deyil. Hadisə zamanı yaralıların olduğu qeyd edilib.