Şəbnəm Tovuzlu Ayseldən danışdı... O, kişi deyil

17.03.2019 | 662 | 0

Mənim yoldaşım əsl kişidir. Müğənni Şəbnəm Tovuzlu Aysel Əlizadədən danışıb. AzNews.az xəbər verir ki, müğənni bildirib ki, Aysellə onun həyatında heç bir bənzərlik yoxdur. "Aysel xanımı mən müdafiə etmədim. Sadəcə düzünü dedim. Günah ən birinci kişidədir, sonra onun xanımında. Bir ailə başçısının sözü kişi kimi keçmirsə, o, kişi deyil. Kişi ailəsini əldə tutmağı bacarmalıdır. Mənim həyatımda buna bənzər heç nə yoxdur. Mənim yoldaşım əsl kişidir. Sözünü deyən ailə başçısıdır. İnsanlar səhv salmasınlar". Qeyd edək ki, bir neçə gün əvvən "Səni axtarıram" verilişinə çıxan qadın ailəsinin müğənni Aysel Əlizadə tərəfindən dağıdıldığını bildirib. Onun sözlərinə görə, əri ona Aysellə xəyanət edib. Hətta Ayselə bahalı avtomobil də alıb. aznews

Nə düşünürsən?
Loading...