Ermənilər azərbaycanlı mülki şəxsi girov götürdü

  • 16.03.2019
  • 0

Ermənistan Respublikasının bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının vətəndaşının sərhəd pozucusu qismində saxlanılması barəsində məlumat yayılıb. 

Bu məlumatla əlaqədar Dövlət Sərhəd Xidmətindən BiG.AZ-a verilən məlumata görə, mart ayının 15-dən 16-a keçən gecə Azərbaycan Respublikası ərazisindən müqabil istiqamətdə 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması qeydə alınıb, həmin şəxsin Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu olması müəyyən olunub. Araşdırma zamanı həmin şəxsin ruhi əsəb xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil olması məlum olub. 

Hal-hazırda araşdırma işləri davam edir

Bununla bağlı Big.az-a açıqlama verən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov bildirib ki, hadisə barəsində məlumatımı var: "Hazırda bu məlumatın doğru olub-olmamağı araşdırılır". 

BiG.AZ sonxeber.az-a istinadla xəbər verir ki, sözügedən şəxs xəbərdarlıqlara məhəl qoymadığına görə ona atəş açılıb. Ayağından yaralanan E.İbrahimov tibbi məntəqəyə yerləşdrilib. Erməni mətbuatı iddia edir ki, girovun səhhəti normaldır, həyatı üçün təhlükə yoxdur.

Məsələ ilə bağlı ətraflı məlumat öyrənmək üçün Azərbaycan Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinə müraciət etdik. Xidmətdən verilən məlumata görə, məsələ ilə bağlı bir azdan rəsmi açıqlama yayılacaq.

Nə düşünürsən?