Bakıda "Azərsu"ya məxsus yük avtomobili qəzaya uğrayıb

16.03.2019 | 11 | 0

Bakının Xətai rayonu ərazisində yol qəzası baş verib.

ONA-nın xəbərinə görə, hadisə Nobel prospektində qeydə alınıb.

Sürücü Elvin Şükürlü idarə etdiyi “Opel” markalı minik avtomobili ilə hərəkət edən zaman kanalizasiya quyusunda aparılan işlərlə əlaqədar yolda qoyulmuş maneəni görməyib. Nəticədə onun idarəetməsindən çıxan avtomobil "Azərsu" ASC-yə məxsus “Mercedes” markalı yük avtomobilinə çırpılıb.

Hadisə zamanı hər iki avtomobilə ciddi ziyan dəyib. "Azərsu" ASC-nin əməkdaşları ONA-nın ərazidə olan əməkdaşlarına bildirib ki, yolda aparılan işlərlə əlaqədar xəbərdaredici nişanlar da qurulub. Lakin sürücü maneəni vaxtında görə bilməyib. Bunu sürücü E.Şükürlü də müsahibəsində təsdiqləyib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Nə düşünürsən?
Loading...