Məscidə silahlı hücumun vidosu:27 ölü,30 yaralı var

  • 15.03.2019
  • 0

Yeni Zelandiyanın Kraysçörç şəhərində iki məscidə silahlı hücum olub.

Oxu24.com  “Gazeta.ru”ya istinadən xəbər verir ki, terror aktları nəticəsində 27 nəfər ölüb.

Məlumata görə, 1 nəfər saxlanılıb. Lakin, silahlı şəxslərin daha çox olduğu bildirilir.

Hadisənin baş verdiyi ərazilər nəzarətə götürülb. Hazırda polislər genişmiqyaslı əməliyyat keçirir.

***

TASS agentliyinin verdiyi məlumata görə, silahlılar Əl-Nur və Linvud Məscid məscidlərinə hücum ediblər. Ən az 30 yaralının olduğu deyilir.

Məlumata görə, iki məsciddə ümumilikdə 500-ə yaxın adam olub.

Nə düşünürsən?