Təbrizdə möhtəşəm "Qarabağ" hayqırtısı

  • 15.03.2019
  • 0

14 mart 2019-cu il tarixində irqçi fars rejimin Güney Azərbaycanda stadionu mühasirəyə almasına baxmayaraq Təbrizdə “Qarabağ bizimdir bizim qalacaq” şüarı səsləndi.

 

 

Azərbaycanlı fəallar yarışın 27-ci dəqiqəsində “Qarabağ bizimdir bizim qalacaq” şüarı səsləndirməklə Qarabağ probleminə diqqət çəkiblər. Onlar həmçinin Qarabağın işğalçı Ermənistan tərəfindən işğal edilməsi, eləcə də irqçi fars rejimin Ermənistanı müdafiə etməsinə pisləyiblər.

Qeyd edək ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor Sazi" "Səhənd"stadionunda  Xorasanın "Padideh" klubu ilə qarşılaşıb. Görüş Təbriz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

"Traktor" - "Padideh" - 1:0

Qol: Antoni Stokes, 22

 

 Bu qələbədən sonra xallarını sayını 43-ə çatdıran "Traktorsazi" birinci pilləyə yüksəlib.

Nə düşünürsən?