Qız və oğlan özlərini otelin 8-ci mərtəbəsindən aşağı atdı

14.03.2019 | 34 | 0

İki iranlı turist İstanbulun Taksim rayonundakı otellərdən birinin 8-ci mərtəbəsindən özlərini atıb.


Oxu24.com İxlas xəbər agentliyinə istinadən xəbər verir ki, nəticədə kişi turist yerindəcə həyatını itirib, qadın isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onun səhhəti üçün təhlükənin qaldığını bildirir.



Hadisədən əvvəl onların otaqda əlbəyaxa dava etdikləri məlum olub. Mübahisənin nədən qaynaqlandığı da bilinir. Polis faktla bağlı araşdırma aparır.

Nə düşünürsən?
Loading...