Sosial müavinətlər nə vaxtdan artımla veriləcək?

  • 14.03.2019
  • 0

Aprelin 1-dən müharibə əlillərinin, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olanların sosial müavinət və təqaüdləri artacaq. 

Bu artımlar Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2019-cu il 25 fevral tarixli sərəncamı əsasında həyata keçirilir. 

Sosial müavinətlər nə vaxtdan artımla veriləcək?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, sərəncama uyğun olaraq, sosial müavinətin məbləği I qrup əlilliyə görə müharibə əlilləri üçün 101 manatdan, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olanlar üçün 94 manatdan - 150 manata, Prezidentin aylıq təqaüdünün məbləği isə həmin vətəndaşlar üçün 182 manatdan 250 manata çatdırılır.

Eyni zamanda, onlara qulluq edənlər üçün 50 manat məbləğində Prezidentin aylıq təqaüdü təsis olunur.

BIG AZ 

Nə düşünürsən?