Lotu Mamedin illərdir gizli qalan görüntüləri yayıldı

  • 14.03.2019
  • 0

Oxu24.com -un əldə etdiyi məlumata görə, görüntülər 1994-cü ildə çəkilib.Cəzaçəkmə müəssəsində qeydə alınan görüntülərdə kriminal avtoritet Lotu Mamed və digər məhkumlar qeydə alınıb.

1961-ci ildə Masallıda anadan olan “qanuni oğru” ilk dəfə 17 yaşında məhkum olunub. Bu məhkumluq “Masallı Mamed”in atası İsgəndər Hüseynova görə baş verib. Univermaqda şöbə müdiri işləyən İsgəndər Hüseynovun xanım işçilərindən biri polisinin şərinə tuş gəlib. İsgəndər Hüseynov qızı həbsxanadan qurtarmaq üçün onun “təqsirini” öz üzərinə götürüb. Bu məsələ ilə bağlı məhkəmə prosesi davam edərkən 18 yaşlı “Masallı Mamed” həmin polislə görüşüb və ondan ifadəsini geri götürməyi tələb edib. Lakin polis gənc Mamedin sözünü qulaqardına vurub. Masallının sayılıb-seçilən güləşçilərindən olan Mamed polisi əzişdirib. Bu əməlinə görə məhkəmə onun 3 il məcburi əməyə cəlb olunması barədə hökm çıxarıb. Bu olaydan qısa müddət keçdikdən sonra Bakıya gələn Mamed tələbə qohumu ilə şənliyə gedib. Şənlikdə tələbə qıza sataşan bir oğlanla mübahisəsi düşüb. Mamed həmin oğlanın qızı küçə söyüşləri ilə təhqir etməsinə dözməyərək bıçağa əl atıb. Həmin oğlanı qətlə yetirəndən sonra Mamedə ölüm hökmü ilə üzə-üzə qalıb. Lakin atası İsgəndər Hüseynov oğlunun güllələnmədən qurtara bilib. Mamed 15 il azadlıqdan məhrum edilib.1992-ci ildə mart ayında azadlığa çıxan Mamed həmin ilin noyabrın 4-də, doğum günündə ailə həyatı qurur. Bununla belə kriminal həyatını da davam etdirir. 1993-cü ilin dekabrında Bakıdakı “Leyla” şadlıq evində “qanuni oğru”lar “Lotu Bəxtiyar”, “Sabirabadlı Hikmət”, “Dağlı Cavanşir”, “Yetim Hüseyn”, “Ənvər Sovetski” və “İrəvanlı Faiq”in iştirakı ilə Mamedə “qanuni oğru” titulu verilir. Bundan sonra “Masallı Mamed” daha bir neçə dəfə məhkum olunur. Sonuncu dəfə 2010-cu ildə narkotik ittihamı ilə 3 il azadlıqdan məhrum edilib. Bəzi məlumatlara görə, 2006-cı ildə qanunsuz silah gəzdirməyə görə Bakıda həbs olunarkən həbsxanada zəhərlənib. Məhkumlardan biri onun yeməyinə zəhər qatıb. Bundan sonra “Masallı Mamed”in səhhətində ciddi problemlər yaranıb. Elə səhhətindəki problemlərə görə də 2011-ci ildə dünyasını dəyişib. Lakin bəziləri iddia edir ki, onu həbsxanada ikinci dəfə zəhərləyərək öldürüblər.

Masallı Mamed 2011-ci il martın 21-də cəza çəkdiyi 1 saylı həbsxanada dünyasını dəyişib.