“Shevrolet” 67 yaşlı kişini vurub öldürdü

  • 13.03.2019
  • 0

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə ötən gün magistral yolun Abşeronun Masazır kəndi ərazisindən keçən hissəsisndə qeydə alınıb.

Quba rayon sakini Şəhla Paşayevaavtomobillə paytaxtdan Abşeron rayonunun Masazır qəsəbəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton arakəsməyə və ağaca çırpılıb. Deformasiyaya uğramış avtomobildə ağır xəsarətlər alan Şəhla Paşayeva elə yerindəcə dünyasını dəyişib. Faktla bağlı Abşeron rayon polis idarəsində araşdırma aparılır .

Beyləqanda isə yol-nəqliyyat hadisəsində piyada ölüb. Hadisə Beyləqan şəhərinin mərkəzi küçəsində baş verib. Avtomobil yolu qarşı tərəfə keçmək istəyən Beyləqan rayon sakini, 67 yaşlı Tofiq Nağıyevi vurub. Piyada kəllə-beyin travması ilə Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, lakin həkimlər onu xilas edə bilməyiblər. Faktla bağlı araşdırma aparılır

Nə düşünürsən?