Türklər Afrikada su quyusu qazaraq, yerli sakinləri belə sevindirdilər!

  • 13.03.2019
  • 0

Eastnews.org-un verdiyi xəbərə görə, Hollandiyada təxminən 100 nəfərlik irqçi qrup bir mərakeşli ailənin evinə basqın edərək, ailə üzvlərinə hücum edib.


Gün boyu təqib edildiyini hiss edən ailənin 18 yaşlı oğlu polisdən onu evinə aparmaları üçün yardım istəyib.


Mərakeşli gənc evinə gəldikdən qısa müddət sonra təxminən 100 nəfərlik bir qrup evin qapısında görünüb. Zorla evə girən irqçi gənclər ailəyə qarşı zorakılıq tətbiq edib.


Hücum edən şəxslər seçki kampaniyasında da mərakeşliləri hədəfə alan hollandiyalı irqçi lider Gert Vildersin adı ilə şüar səsləndiriblər.


Hadisə yerinə gedən polis qrupa müdaxilə edib.


Hücumla bağlı istintaq isə davam edir.

Nə düşünürsən?