Lüks villalara tələbat artıb

  • 10.03.2019
  • 0

Novruz bayramına sayılı günlərin qalması paytaxtda və bölgələrdə həyət evlərinə və lüks villalara tələbatı artırıb.

Xezerxeber.az-ın məlumatına görə, Bakıda və bölgələrdə yerləşən belə villalara hətta yerli turistlər də üz tutur.

Novruz bayramı ərəfəsində ölkəyə gələn turistlərin sayının artması otellərdə və istirahət məkanlarında yerlərin sayını məhdudlaşdırıb. Təlabatın artması qiymətlərə də təsirsiz ötüşməyib. Belə villalarda istirahət bəzi hallarda otellərdən də baha başa gəlir.

Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, istirahət üçün lazımi şəraitlə təchiz olunan villalarda 3 gecə - 4 gün qalmaq istəyənlər 1000 manatdan çox pul ödəməlidirlər.

Bu cür villalarda əsasən yüksək büdcəli turistlər, xüsusən də Şərq ölkələrindən gələn qonaqlar ailəvi qalmağa üstünlük verirlər.

Belə villalarda müştərilərə cəlbedici təkliflər edilir. Məsələn, Bakıda şəhər mərkəzinə 3-4 km. məsafədə yerləşən bir villada 3 günlük istirahət 1700 manata təklif edilir. Sözügedən villada 4 yataq və qonaq otağı, televizor, kondisioner, hovuz və sauna var. Burada qonaqlara transfer, bilet servisi və bölgə turları kimi xidmətlər də göstərilir.

Belə villalar müştərilərə paytaxtla yanaşı bölgələrdə də təklif edilir. Bölgələrdə olan villaların qiymətləri də paytaxtdan heç də fərqlənmir. İstirahət üçün lazımi xidmətləri olan villalarda qiymətlər 1000-1500 manat arasında dəyişir.

Nisbətən ucuz villaların qiymətləri isə 600-800 manatdır.

Nə düşünürsən?