Hacıqabulda 61 yaşlı kişi baltalanıb

  • 05.03.2019
  • 0

Hacıqabulda 61 yaşlı kişi başından balta ilə vurulub.

Xezerxeber.az-ın məlumatına görə, əvvəllər məhkum olunmuş 61 yaşlı Yaqub Atamoğlanov komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. İlkin tibbi yardım göstərildikdən sonra yaralı Bakıya aparılıb. Vəziyyəti ağırdır. Qohumlarının məlumatına görə, hadisə onun evində baş verib. Artıq hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı Şahin Quliyev polis tərəfindən saxlanılıb.

İlkin məlumata görə, hadisə mübahisə zəminində baş verib.

Nə düşünürsən?