Ermənistan ordusunda biabırçılıq! Qadın hərbçi ilə cinsi əlaqədə olan əsgərlərə kütləvi şəkildə xəstəlik keçdi

  • 28.02.2019
  • 0

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində baş verən biabırçı hal ciddi qalmaqala səbəb olub.

Oxu24.com  Ordu.az-a istinadən xəbər verir  ki, taborlardan birində əsgərlər arasında kütləvi dəri-zöhrəvi xəstəliyinə yoluxma aşkar edilib. Aparılan sorğu nəticəsində xəstəliyə yoluxan hərbi qulluqçuların hamısınin, taborda işləyən 1996-cı il təvəllüdlü Laura Sardaryanla cinsi əlaqədə olduğu məlum olub.

Hadisəni ört-basdır etmək üçün L.Sardaryan İrəvandakı Kanaz hərbi hospitalının dəri-zöhrəvi bölməsinə göndərilib. Xəstəliyə yoluxmuş hərbi qulluqçuların isə taborun tibb məntəqəsində müalicəsi təşkil edilib.

Hadisə hüquq-mühafizə orqanlarından gizlədilir.