NBA All-Star: "Lebron Ceymsin komandası" qalib gəldi

  • 18.02.2019
  • 0

NBA All-Starın həftə sonuna Şarlottda keçirilən "Ulduzlar matçı"nın ardından yekun vurulub.

"Sportliqa" xəbər verir ki,Lebron Ceyms və Yannis Adetokunbonun komandalarının üz-üzə gəldiyi görüşə ikincilər daha yaxşı başlayıblar. "Miluoki" ikilisi - Yannis və Kris Middltonun 13-də 12 zərbə dəqiqliyi ilə oynayıb, toplam 28 xal topladığı ilk period onların 53:37 üstünlüyü ilə yekunlaşıb. Ancaq Ceymsin komandası, xüsusilə də, Demian Lillard və Bredli Bilin üçüncü perioddakı oyunu sayəsində qarşılaşmada geri dönüş edə bilib. Oyunun taleyini Lebronun dostlarının son dəqiqələrdəki 10:2-lik seriyası müəyyənləşdirib. Yekunda "Ceymsin komandası" 178:164 hesablı qələbəyə sevinib.
15-də 10 zərbə dəqiqliyi ilə oyunu 31 xalla tamamlayan Kevin Dürant "Ulduzlar matçı"nın "ən dəyərli oyunçusu" (MVP) seçilib.

NBA All-Star həftə sonu
Ulduzlar matçı
"Lebron Ceymsin komandası" - "Yannis Adetokunbonun komandası" - 
178:164
Kevin Dürant (31 xal, 7 ribaund, 2 assist), Kley Tompson (20 xal, 8 ribaund, 4 assist)
Yannis Adetokunbo (38 xal, 11 ribaund, 5 assist), Kris Middlton (20 xal, 5 ribaund, 4 assist), Coel Embiid (10 xal, 12 ribaund)

Nə düşünürsən?