Eynşteynlə bağlı tragikomik hekayə: beynini 240 yerə böldülər

  • 15.02.2019
  • 0

Eynşteyn ölümündən sonra öz beyninin də araşdırılmasını istəyirdi, ancaq o. beyninin başına nələrin gələcəyindən xəbərsiz idi.


Sfera.az türk mediasına istinadən xəbər verir ki, 1955-ci ildə 76 yaşında daxili qanamadan dünyasını dəyişən Eynşteynin meyiti araşdırılmaq üçün morqa aparılır.


 


Həmin gün xəstəxanada xidməti şəxs patalogiya mütəxəssisi Dr.Tomas Harvey olub. Eynşteynin bədənini yarmaq Harvey üçün böyük şans idi. Harvey araşdırmanı bitirdikdən sonra ağlına bir şey gəlir: "Meyit morqdan çıxarıldıqdan sonra axır-əvvəl yandırılacaq, beynini çıxarsam kimsə anlamaz” deyə fikirləşir. Və fikirləşdiyini də edib. Eynşteynin beynini alıb şüşa qaba yerləşdirib. Bundan sonra isə beynin başına gələcək tragikomik hekayə var.

Nə düşünürsən?