51 ildir ki, Sevgililər Gününü birgə keçirirlər

  • 14.02.2019
  • 0

Sevginin formulunu düzgün bilsən, 3 il yox, yarım əsrdən çox da yaşaya bilər. Elə onların sevgisi kimi...
 
81 yaşlı Telman bəy Nəsibə xanımı ilk gördüyü günü çox yaxşı xatırlayır:

"1968-ci ilin sentyabrın 19-u. Onu tanıdıqdan sonra qərarımın necə doğru olduğunu anladım. Nəsibə xanımın zəkasını sevmişdim. Daha sonra sədaqətini, zövqünü, etdiyi yenilikləri...”

"Onsuz bir günümü təsəvvür edə bilmirəm. Təbii ki, bizim də aramızda söz-söhbət olub. Ancaq əsas odur ki, o problemlərin öhdəsindən necə gələ bilirsən”,- 68 yaşlı Nəsibə xanım isə yoldaşına baxıb bu sözləri deyir. 
Onların gənclərə əsas tövsiyəsi budur: səbrli olmaq və sevib-sevilmək.

Nə düşünürsən?