Xalq artistinə ağır itki üz verdi

  • 13.02.2019
  • 0

Xalq artisti Məleykə Əsədova "Şou ATV"nin efirində ailə üzvü qədər yaxın olan doğmasının ölüm xəbərini verib.

Aktrisa ağlamamağa çalışdığını, lakin bacara bilmədiyini qeyd edib:

"Özümə söz vermişdim ki, ağlamayacam. İstəməzdim gözyaşımı görsünlər. İstərdim məni həmişə gülərüz görsünlər. Amma həyat varkən kədər də var, sevinc də var. Addımları ata-ata bu həyatı öyrənirik. Amma əsas odur ki, əqidəmiz birdir.

Mən 17 yaşımda atamı itirmişəm. Bu yaxınlarda böyük bacımın yoldaşını itirdik. Ona qardaş deyirdim. Mənim bütün işlərimdə, evim tikiləndə, hər bir şeydə onlar gediblər arxasınca. Atam öləndən sonra o bizə qardaş, ata oldu. Nazıma da, kaprizimə də dözürdü. Sirrimi heç bacıma yox, ona danışardım. 3-4 gün xəstəxanda yatdı, 61 yaşında dünyasını dəyişdi. "Yeddi"si təzə çıxıb".

big az

Nə düşünürsən?