Türkiyəli aktrisalardan qala gecəsində şıqlıq dərsi

13.02.2019 | 21 | 0

Dünən Engin Akyürek və Bərgüzar Korelin baş rolda çəkildiyi "Bir aşk iki hayat" adlı filmin qala gecəsi baş tutub.

Rejissorluğu Ali Bilgin, ssenarisi isə Burcu Görgün Toptaş və Özlem Yılmaza məxsus olan filmin qala gecəsində Halit Ergenç, Serenay Sarıkaya, Araz Bulut İynemli, Bige Önal, İdil və Mert Fırat, Gökçe Bahadır, Ercan Kesal, Perihan Savaş, Rza Kocaoğlu, Mustafa Uğurlu, Merve Çağıran, Erkan Can, Ferhan Şensoy kimi bir çox məşhur iştirak edib.

Nümayişdən öncə sualları cavablandıran Engin Akyürek və Bərgüzar Korel bildirib ki, "Bir Məhəbbət İki Həyat" tamaşaçının şəxsi həyatda etdiyi seçimləri haqqında düşünməyə məcbur edəcək. Engin Akyürek filmdəki romantizmin qədərində təsvir edildiyini etiraf edib:

"Gözəl sevgi filmi çəkdik. Eşq axtarışında olanlar və aşiqlərin baxıb özünü yaxşı hiss edəcəyi bir iş oldu".

14 Fevral Sevgililər gününə özəl təqdim edilən film haqqında aktrisa Bərgüzar Korel həyat yoldaşı Halit Ergenç də fikirlərini paylaşıb. O, "14 Fevral üçün xüsusi sürpriz hazırlamısınızmı” sualına "Sürpriz etməyi çox sevirəm. 14 Fevral olması şərt deyil" deyə cavab verib.

Nümayiş üçün dəbdəbəli geyimlər seçən məşhurlar kamera qarşısına keçərək fotoqraflara poza verib./publika.az


__
Xəbəriniz varsa çəkin, göndərin, yayımlayaq
050 249 58 78

Nə düşünürsən?