Əmlaklar onlayn özəlləşdiriləcək

  • 12.02.2019
  • 0

Əmlak Məsələləri Dövlət Komitəsində "Əmlak Xidmətləri Məkanı ictimaiyyət nümayəndələri və medianın gözü ilə" adlı info-tur və açıq qapı günü keçirildi.

REAL xəbər verir ki, tur çərçivəsində vətəndaşlara göstərilən xidmətlər əyani olaraq nümayiş etdirildi,prosedurlar izah olundu,Məkanda göstərilən xidmətlərlə bağlı suallar cavablandırıldı. Qeyd edildi ki, virtual özəlləşmə prinsipini reallaşdıran elektron hərrac sistemi vasitəsi ilə istənilən investor ölkədə və ya xaricdə olmasından asılı olmayaraq sifariş verdiyi əmlakı hərrac günü onlayn olaraq özəlləşdirə bilər.

Daşınmaz Əmlakın Reyestr Xidmətinin rəisi Hikmət Mustafayev bildirib ki, ümumilikdə Komitənin fəaliyyət sahələrinə uyğun 46 xidmət vətəndaşlara daha operativ göstərilməklə onların işini sadələşdirir.

Nə düşünürsən?