Ermənidən rus qıza qarşı görünməmiş qəddarlıq

  • 11.02.2019
  • 0

Keçmiş erməni hakim Arsen Krikorov Rusiyanın Krasnodar şəhərində 18 yaşlı idmançı rus qızı vurub.

Hadisə piyada keçidində baş verib.

Arsen Krikorov hadisə yerinə toplaşan hal şahidlərinə hədə-qorxu gələrək, ağır yaralı qıza yardım göstərmədən qaçıb.

Zərərçəkmiş qızın anası “Qovorit Moskva” radiosuna şikayətində deyib ki, Arsen Krikorov hətta ağır vəziyyətdə olan qızının bahalı əməliyyatı üçün konpensasiya ödəməkdən də imtina edib:

“Mənim üçün hər şey bitib, ancaq o, hələ də avtomobil idarə edir, öz həyatını yaşayır”.

Məlumata görə, erməni hakimin şəhərin bütün məhkəmələrində tanışı olduğuna görə qızın valideynlərinin şikayətlərinə baxılmır.

Krasnodar hərbi məhkəməsinin hakimi olmuş Arsen Krikorovun törətdiyi qəza anı hadisə yerində olan şəxslərdən birinin mobil telefonuna çəkilib.(teleqraf.com)

Nə düşünürsən?