Azərbaycan yük maşınları istehsal edəcək

  • 09.02.2019
  • 0

Hacıqabulda "QAZ" avtomobil zavodunun təməli qoyulub. Zavodda il ərzində təxminən, 1 000 ədəd müxtəlif təyinatlı avtomobil yığılacaq. Zavodda 100 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur.

Hacıqabulda "QAZ" avtomobil istehsalı zavodunun təməli qoyuldu.

Kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlinin atılması Azərbaycanın "Azərmaş" şirkətivə Rusiyanın "Qorki Avtomobil Zavodu" şirkətinin əməkdaşlığı ilə baş tutub.

Təməlqoyma mərasimində Azərbaycanın iqtisadiyyat naziriŞahin Mustafayevvə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin iştirak ediblər.

Zavodun inşasının 2020-ci ildə yekunlaşması nəzərdə tutulur.

Nə düşünürsən?